Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kapital Bank-ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir - BBN

Kapital Bank-ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadası keçirilir. Ötən gün olimpiadanın yarımfinal mərhələsi yekunlaşıb. Bu mərhəldə Rayon (şəhər) mərhələsini geridə qoyan 10 997 şagird iştirak edib. Onlar biliklərini riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə sınayıblar.

Respublika Fənn Olimpiadasının final turu isə aprel-may aylarında Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçiriləcək. Bu mərhələdə yarımfinal turunu uğurla geridə qoyan şagirdlər iştirak edəcəklər.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Related posts

Qlobal bazarlar yeni həftəyə geosiyasi risklər və makroiqtisadi göstəricilərlə başlayır

Maliyyə Nazirliyi: 2027-ci ildə icmal büdcə gəlirləri 48 milyard manatı ötəcək

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı toplantılarında Sİ riskləri gündəmə gəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı