Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 568 min e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə son 3 ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.

Bununla da vətəndaşlara sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə etmək imkanları yaradılıb. Ötən il həmin e-xidmətlər vasitəsilə 568 min e-arayış verilib.

Ən çox müraciət “İş yerinə dair arayış” (266908 müraciət) və “Əlilliyə dair arayış” (220117 müraciət) e-xidmətlərinə olub. Həmçinin məşğulluğa, pensiya, müavinət və təqaüdlə təmin edilməyə dair e-arayış xidmətləri də ən çox müraciət olunan e-xidmətlər sırasındadır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı