Kiber təhlükələr biznes liderləri üçün TOP problem olaraq qalır – hesabat

4 il ərzində 3-cü dəfə kiber təhlükələr biznes liderləri üçün TOP problem olaraq qalır.  2022-ci il “Travelers Risk Index”inə görə soğruda iştirak edən 1.200 iştirakçısının əksəriyyəti bu fikirdədir ki, bu gün biznes mühiti bir il öncə ilə müqayisədə daha çox təhlükədədir.

BBN.az bu haqda.fintechnews.org-a istinadən xəbər verir.

57%-i isə bu fikirdədir ki, gələcəkdə onların təşkilatlarına kiber hücum qaçılmazdır. 2022-ci ildə, soğruda iştirak edən şirkətlərin 26%-i deyib ki, onlar kiber hadisənin qurbanı olublar, onların yarısı isə deyirlər ki, bu cür hadisələr son 12 ay içində baş verib. Soğru iştirakçılarının 71%-i isə 1 dəfədən çox kiber hadisə faktı ilə üz-üzə qalıb. 

Ekspertlər isə bildirirlər ki, bir neçə dəfə baş verən belə hadisələr təsadüfi olmaya bilər. Əgər keçmişdə belə hadisələr olubsa və qabaqlayıcı tədbirlər görülməyibsə, biznesiniz yenə də təhlükədə ola bilər. Əlavə edirlər ki, kiber hücumları ciddi qəbul etmək və tədbirlər görmək labüddür. 

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı