“Kiber təhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə” mövzusunda vebinar keçirilib

 6 noyabr 2020-ci il tarixində Kiber təhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə mövzusunda növbəti vebinar baş tutmuşdur.

 Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə keçirilən vebinarın əsas məqsədi bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması olmuşdur. Həmçinin vebinar Azərbaycan Banklar Assosiasiyası (ABA) 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarrifləndirici tədbirlərin davamı olaraq təşkil olunmuşdur.             

 Qeyd edək ki, riskinin idarə olunması sahəsində fəaliyyət göstərən bank əməkdaşlarının iştirakı ilə keçirilən vebinarda “Mastercard Advisors” qurumunun nümayəndələri Cihan Salihoğlu və Yaşar Yüzer təqdimatla çıxış etmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı