Kiberdələduzların növbəti addımı

Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar.  Bu dəfə  vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 AZN ödəniş tələb olunur və saxta link əlavə edilir.

Mesajın inandırıcı olması üçün isə sonluğa “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR yazısı əlavə edilib.

BBN.az-a qurumdan verilən məlumata əsasən, “Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir.

Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı