Dünyanın ən böyük ərzaq istehsalçısı olan KitKat-ın yaradıcısı Nestle 2022-ci ildə 8.2%-lik artıma rəğmən, 2023-cü ildə də qiymətləri artıracaq. Ancaq təxminən nə qədər bir artımın olacağı ilə bağlı məlumat verməyiblər.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, Nestle-nin xalis mənfəəti 9.27 milyard İsveçrə frankı olub, yaxud 8.34 milyard funt sterlinq, bu isə ekspertlərin gözləntilərindən 11.58 milyard frank, yaxud 10.42 milyard funt sterlinq az olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ötən həftə artıq 1 ilini geridə qoyub, keçən 1 il ərzində isə istehlakçılar yüksək ərzaq, enerji qiymətlərindən əziyyət çəkiblər və çəkməkdədirlər. Məhsullarında artıma gedən tək şirkət isə Nestle deyil, belə ki, ötən çərşənbə McDonalds (Britaniya) açıqlamışdı ki, bəzi məhsulları üzrə qiymətləri 20% artırıb.