KOB dostları üçün təlimlər keçirilir

Biznesin qurulması və inkişafı ilə bağlı mikro, kiçik və orta sahibkarlara yerində dəstək və xidmətlər göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin əhatə dairəsi genişlənir. Artıq ölkə üzrə 31 KOB dostu fəaliyyət göstərir.

Sahibkarlara göstərilən xidmət səviyyəsinin artırılması və yeni əməkdaşların iş prosesinə adaptasiyası məqsədilə KOB dostlarının dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri barədə biliklərinin və peşəkarlığının artırılması üçün mütəmadi olaraq təlimlər və digər tədbirlər təşkil edilir. 

4-5 sentyabr tarixlərində Qəbələ şəhərində Agentliyin ölkənin 26 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları ilə növbəti görüş keçirilib. Görüşdə KOB dostları tərəfindən sahibkarlara yüksək səviyyəli xidmətin göstərilməsi, qarşılaşdıqları çətinliklərin operativ həlli, ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb. İş prosesində rast gəlinən çətinliklər müzakirə edilib, sahibkar-KOB dostu ünsiyyətinə dair fərdi və komanda tapşırıqları keçirilib.

Görüş çərçivəsində həmçinin, KOB dostları üçün “Korporativ idarəetmə” mövzusunda təlim təşkil olunub. İnteraktiv təlim metodlarından və işgüzar oyunlardan istifadə olunmaqla keçirilmiş təlimdə KOB dostları korporativ idarəetmənin əhəmiyyəti, prinsipləri, bu sahədə standartlar və beynəlxalq təcrübə barədə məlumatlandırılıb.

Tədbirdə xidməti fəaliyyətində fərqlənən KOB dostlarına təşəkkürnamə, təlim iştirakçılarına isə sertifikatlar təqdim edilib. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı