KOB dostları üçün UNEC-də təlimlər keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna uyğun olaraq, Agentliyin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən KOB dostları üçün təlimlərə başlanılıb.

Universitetin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) professor – müəllim heyəti tərəfinən keçirilən təlimlər “Strateji idarəetmə və liderlik”, “Maliyyənin müasir problemləri”, “Strateji insan resurslarının idarə edilməsi”, “Strateji brend menecment”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Vaxtın idarə edilməsi”, “Rəqabət strategiyaları” mövzularını əhatə edir.

Həmçinin, “COVID-19” pandemiyası dövründə də BMDM-nin nəzdində fəaliyyət göstərən Kiçik və Orta Biznes Tədqiqatlar Mərkəzi universitet-sənaye əməkdaşlığı çərçivəsində fəaliyyətini onlayn qaydada davam etdirir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı