KOB inkişafı mərkəzləri biznes sahəsində 300-dən çox təlim keçib

Cari ilin ötən dövründə KOB-ların biznes sahəsində maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən müxtəlif mövzularda 300-dən çox təlim keçirilib, 200-ə qədər məsləhət xidməti göstərilib. Bu xidmətlərdən ümumilikdə 2500-dək KOB subyekti, startap və biznesə başlamaq istəyənlər faydalanıb.

Bu barədə AZƏRTAC-a KOBİA-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, KOBİM-lər tərəfindən cari il ərzində sahibkarlara 150-dən çox biznes planın hazırlanmasında dəstək göstərilib.

Bu il KOBİM-lərin dəstəyi ilə Bakı şəhəri və müxtəlif regionlarda kənd təsərrüfatı və xidmət sahələrində yeni KOB subyektinin yaradılmasına dəstək təmin olunub.

https://azertag.az/xeber/kob_inkisafi_merkezleri_biznes_sahesinde_300_den_chox_telim_kechib-3844787

Related posts

Omanın İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Sahibkarların müraciətləri dinlənilib

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı