Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOB-lar “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında - BBN

KOB-lar “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında

Dekabrın 1-dən Bakının Fəvvarələr Meydanında fəaliyyətə başlamış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dəstək Proqramı çərçivəsində 30-a yaxın mikro sahibkarın və sənətkarların məhsul və xidmətləri də təqdim olunur. 

KOB-lar üçün ayrılmış yerdə çaylar, orqanik qidalar, quru meyvələr, müxtəlif ədviyyatlar, əl işləri, toxunma oyuncaqlar, bijuteriya, vitrajlar, kiçik rəsmlər, taxtadan suvenirlər, orqanik sabunlar və s. sərgilənir və satılır. 

Qeyd edək ki, “Soyuq əllər, isti ürək” yarmarkası “Nargis” Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. 2023-cü ilin 15 yanvar tarixinədək davam edəcək yarmarka hər gün saat 11.00-dan 23.00-dək açıqdır. 

Related posts

Yaponiyada “idxal inflyasiyası” şoku: Topdansatış qiymətləri sürətlə sıçradı, Yenin taleyi müzakirə olunur!

Almaniyadan Avropa İttifaqına “büdcə ultimatumu”: Fridrix Mers bütün sistemi yenidən qurmaq istəyir!

Britaniya siyasəti alovlanır, funt sterlinq “yıxılır”: Londonun siyasi böhranı qlobal bazarları vurdu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı