Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib - BBN

KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib

Koronavirus (COVID-19) pandemiyası səbəbindən bütün dünyada, eləcə də Azərbaycanda müxtəlif sektorlarda rəqəmsal texnologiyalardan, o cümlədən onlayn satışdan istifadə genişlənib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarla apardığı müzakirələr və keçirdiyi sorğular göstərir ki, müəyyən xərc tələb etməsi, ölkəmizdə onlayn satışa tələbatın az olması və s. səbəblərlə bağlı mikro və kiçik sahibkarlar rəqəmsal platformaların imkanlarından az istifadə edirlər.

Pandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya olan ehtiyacı nəzərə alınaraq KOBİA tərəfindən onlayn tədbir keçirilib.

Onlayn tədbirdə KOB-ların bilik və innovasiyalara çıxışının təmin edilməsinin KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğu, pandemiya dövründə Agentliyin xidmət sektorunda onlayn satış platformalarının yaradılması üçün bir sıra KOB-lara dəstək göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, postpandemiya dövründə də rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahənin dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması nəzərdə tutulur.

“Zoom” proqramı vasitəsilə təşkil olunan və KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanan onlayn tədbirdə “Logix” şirkətinin rəhbəri Sakit Səmədov elektron ticarətin əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə KOB-ları məlumatlandırıb, onları maraqlandıran suallar cavablandırılıb.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı