KOB-lara “Startap” şəhadətnamələrinin verilməsi davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar “Alqoritmik kredit texnologiyaları” MMC, “Delivery Azerbaijan” MMC, fərdi sahibkar Nəzər Allahverdiyev və “Əmir Texniki Xidmətlər” MMC-dir. Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

“Startap” şəhadətnaməsi almış startapların innovativ həlləri aqrar sahə üzrə istehsal qurğusu, maliyyə texnologiyaları, logistika xidməti və elektron ticarət kimi sahələri əhatə edir.

Məlumat üçün bildirək ki, indiyədək KOBİA tərəfindən 7 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatla və şəhadətnamə almış layihələr barədə KOBİA-nın www.smb.gov.az saytından müvafiq bölmədən tanış ola bilərlər. 

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı