Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib - BBN

KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib

Biznes planların düzgün hazırlanması, maliyyənin idarə edilməsi və hesabatlığın təmin olunması, KOB-ların maliyyə savadlığının artırılması mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzinin təşkilatçılığı, müxtəlif bankların kredit və satış departamentlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş vebinarda məhz bu mövzuya həsr olunub. Onlayn tədbirdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün mövcud maliyyə alətləri, kredit müraciətlərinə dair müasir tələblər, müvafiq istiqamətdə banklar və KOB-lar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Vebinarda KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğu, Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən bu sahədə sahibkarlara müxtəlif dəstək və xidmətlərin göstərildiyi bildirilib. Bakı KOB İnkişaf Mərkəzinin idarəedici təşkilatı olan Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev qeyd edib ki, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara biznes planların tərtib olunmasında dəstək göstərilir, maliyyə savadlığının artırılması üçün təlim və seminarlar keçirilir, məsləhət xidmətləri və digər xidmətlər təqdim edilir. Maliyyə resurslarına çıxışla bağlı KOB inkişaf mərkəzlərində göstərilən dəstək və xidmətlərin kredit müraciətləri zamanı KOB-larla yanaşı, bankların işini də asanlaşdıracağı vurğulanıb, banklar KOB inkişaf mərkəzləri ilə fəal əməkdaşlığa dəvət olunub.

Qeyd edək ki, KOB inkişaf mərkəzləri hazırda Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində fəaliyyət göstərir və bu mərkəzlərdə KOB subyektlərinə və öz biznesini qurmaq istəyən şəxslərə ödənişsiz təlim-tədris xidmətləri təqdim olunur.

Related posts

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb

“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı