KOBİA 2020-ci ildə Gənclərin İnkişaf və Karyera mərkəzləri ilə sıx əməkdaşlıq edəcək

Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlardakı nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirəcək. Bu əməkdaşlıq ölkə regionları üzrə Agentliyin “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək və gənclər sahibkarlıq fəaliyyəti üçün mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədəki layihə və proqramlar, digər yeniliklər barədə mütəmadi olaraq məlumatlandırılacaq, onlara lazımi informasiya və məsləhət xidmətləri göstəriləcəkdir.

Əməkdaşlıq çərçivəsində KOBİA və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümyəndəliyinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına dair tədir keçirilib. Tədbirdə KOBİA və Gənclərin İnkişafı və Karyera Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, gənclər Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və müxtəlif bankların nümayəndələri tərəfindən “Biznesdə maliyyə kapitalının əldə edilməsi və idarə olunması” mövzusunda məlumatlandırılıb, onların sualları cavablandırılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı