KOBİA-da AmCham üzvləri ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) rəhbəri Nərgiz Nasrullayeva-Müdüroğlu və palatanın üzvləri ilə görüşüb. 

Görüşdə birgə əməkdaşlığa dair atılacaq addımlar, o cümlədən innovativ təşəbbüslərə əsaslanan layihələrin və startapların inkişafının dəstəkləməsi, biznes etikası, korporativ idarəetmə və sosial məsuliyyət barədə birgə təşviqedici tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, korporativ standartların mikro, kiçik və orta sahibkarlar arasında təşviqi, “Green energy” ilə bağlı müvafiq assosiasiyalarla birgə tədbirlərin təşkili müzakirə edilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı