Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA-da vətəndaş qəbulu keçirilib - BBN

KOBİA-da vətəndaş qəbulu keçirilib

KOBİA-da keçirilən növbəti vətəndaş qəbulunda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, suallarını cavablandırıblar.

Qəbul zamanı Bakı və Naftalan şəhərlərində, Lerik və Tovuz rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə KOBİA nümayəndələrinin qəbuluna yazıla bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı