KOBİA-da keçirilən növbəti vətəndaş qəbulunda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, suallarını cavablandırıblar.
Qəbul zamanı Bakı və Naftalan şəhərlərində, Lerik və Tovuz rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə KOBİA nümayəndələrinin qəbuluna yazıla bilərlər.