KOBİA ilə Macarıstanın müvafiq qurumları arasında görüşlər keçirilib

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Macarıstanın müvafiq qurumlarında bir sıra görüşlər keçirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş icraçı direktoru Balas Hendriç ilə təşkil olunmuş görüşündə birgə tədbirlərin keçirilməsinə, ixracla məşğul olan KOB-lar üçün bazar araşdırmaları metodologiyasına və maliyyələşdirmə mexanizmlərinə, kənd təsərrüfatı, sənaye, İKT və səhiyyə sahələrində fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa, birgə Tədbirlər Planının hazırlanmasına və HEPA nümayəndə heyətinin Bakıya səfərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində təşkil olunmuş Biznes Forumda KOBİA ilə HEPA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Macarıstanın Ticarət və Sənaye Palatasının Qərbi Balkan Komitəsinin prezidenti Atilla Qalambos ilə KOBİA nümayəndələri arasında təşkil olunmuş görüşdə isə Agentliyin fəaliyyəti barədə məlumat verilib, birgə tədbirlərin və qarşılıqlı missiyaların təşkilinə, ölkəmizdə kənd təsərüfatı və qida sənayesi sahəsində Macarıstan şirkətləri ilə birgə müəssisələrin, eləcə də hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın inkişafı məqsədilə ortaq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb, Macarıstan şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən daha aktiv istifadə etməyə dəvət olunub.

Komissiyanın 7-ci iclası çərçivəsində hər iki ölkənin KOB-ları və müvafiq qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri də gündəliyə salınıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı