Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA INSME-nin illik toplantısında təmsil olunub - BBN

KOBİA INSME-nin illik toplantısında təmsil olunub

INSME-nin 19-cu İllik Toplantısında KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verilib. 

Almaniyanın paytaxtı Berlin şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 19-cu İllik Toplantısı keçirilib. Tədbirə INSME-yə üzv ölkələrin müvafiq qurumları, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də qatılıb.

“KOB-ların gələcək uğurlarında rəqəmsal transformasiya” mövzusunda paneldəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, onların innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi KOB evlərinin “E-KOB evi” rəqəmsal platformasına keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. KOBİA tərəfindən verilən sahibkarların innovativ təşəbbüslərinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən, təhsil, elm, tədqiat və dəstək istiqamətləri üzrə qrant dəstəyindən faydalanan KOB-ların sayı artmaqdadır. KOBİA sahibkarlara ödənişsiz olaraq digər mövzularla yanaşı, biznesin elektronlaşdırılması, bu sahədə rəqəmsal həllər, e-ticarət barədə məsləhət və təlim xidməti göstərir.

Qeyd edək ki, sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. İNSME-nin “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuş 18-ci İllik Toplantısı KOBİA-nın təşkilatçılığı ilə 2022-ci ildə Bakıda keçirilib.

Related posts

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı