Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır - BBN

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan Şəhər Vergilər İdarəsinin 2023-cü ilin may ayında istifadəyə verilmiş Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-sentyabr ayları ərzində ümumilikdə 8.065 sayda qəbul həyat keçirilib. Mərkəzdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. məsələlərlə bağlı 11.850 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.

Hesabat dövründə mərkəz tərəfindən 1.547 müraciət üzrə 3.674 Asan İmza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrünə nisbətən müraciət edənlərin sayında 2,8 dəfə, təqdim olunan Asan İmza sayında isə 4,4 dəfə artım deməkdir.

Related posts

ROA və ROE əmsalına görə bankların-RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı