KOBİA Moldova ilə biznes sahəsində əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb

Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. 

İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın təcrübə mübadiləsi, biznes şəbəkələri arasında tərəfdaşlığın gücləndirilməsi kimi istiqamətlərdə Moldova ilə əməkdaşlığa hazır olduğunu bildirib. Qeyd olunub ki, KOBİA Moldova Ticarət və Sənaye Palatası da daxil olmaqla, təcrübəsini və uğur hekayələrini moldovalı həmkarları ilə bölüşməyə hazırdır. Biznes şəbəkələri arasında əməkdaşlığın genişləndirilməsinə ehtiyac var və bu məsələ KOBİA-nın gündəmindədir. Biznes nümayəndələrinin qarşılıqlı səfərləri bu baxımdan əhəmiyyətli ola bilər.  

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı