Azərbaycan stendində 10-a yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət Sərgisində iştirak edirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə 10-a yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunur.
KOBİA-nın stendində qida, sənaye, tikinti, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənir. Həmçinin, stenddə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilir.
Qeyd edək ki, sərgidə qida və qeyri-qida sektorları olmaqla 24 sahə üzrə 500-dən çox şirkət təmsil olunur. Sərgi noyabrın 29-dək davam edəcəkdir.