KOBİA-nın iştirakı ilə Azərbaycan və Türkiyə şirkətlərinin əməkdaşlığı müzakirə edilib

İyulun 6-da Caspian Energy Forumun Azərbaycan – Türkiyə əməkdaşlığına həsr olunmuş xüsusi sessiyası keçirilib. 

Azərbaycan və Türkiyə tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə hər iki ölkə şirkətlərinin regionların inkişafında rolu və Azərbaycan–Türkiyə sahibkarlarının beynəlxlaq arenada əməkdaşlığı mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Agentliyin fəaliyyəti, ölkəmizdə biznes qurmaqda və investisiya qoyuluşunda maraqlı olan sahibkarlara, o cümlədən türk iş adamlarına KOBİA-nın dəstəyi və əməkdaşlıq imkanları barədə məlumat verib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı