Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA nümayəndələri Daşkəsəndə turizm və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlıq obyektində olublar - BBN

KOBİA nümayəndələri Daşkəsəndə turizm və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlıq obyektində olublar

Xoşbulaq kəndində yerləşən istirahət mərkəzində olan KOBİA nümayəndələri kəndin turizm imkanlarına və biznes subyektinin fəaliyyətinə dair sahibkarla fikir mübadiləsi aparıblar. 

Gəncə–Daşkəsən iqtisadi rayonuna səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən “Xoş Qonaq” istirahət mərkəzində olublar. Mərkəzlə tanışlıq zamanı kəndin turizm imkanlarına və biznes subyektinin fəaliyyətinə dair sahibkarla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən istirahət mərkəzi turizm və ictimai-iaşə xidməti göstərir. Mərkəzdə 25 nəfər çalışır. KOBİA tərəfindən mərkəzə bir neçə istiqamətdə, o cümlədən biznes planın hazırlanması, mərkəzin işçiləri üçün peşə təlimlərinin təşkili və digər sahələrdə dəstək göstərilib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bazarların Gözü Bu Gün ABŞ İnflyasiyasında – PPI Məlumatı Həlledici Ola Bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı