KOBİA rəhbərliyi dəri istehsalı müəssisəsində olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Xırdalanda yerləşən “Azdersan” MMC-nin dəri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. 

Məlumat verilib ki, “Azdersan” MMC 2000-ci ildə fəaliyyətə başlayıb. Müəssisə aylıq 30 min xam dəri və 1500 ədəd dəri geyim istehsal etmək gücünə malikdir. 

Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində sahibkarlıq subyektinin fəaliyyəti üçün ehtiyacı olan dəstək tədbirlərinə və çətinliklərinə dair fikir mübadiləsi aparılıb. 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı