Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir" - BBN

KOBİA: “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir”

Azərbaycanda sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər: “Sosial sahibkarlıq sahəsində məlumatlıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, təlimlər, mediada məlumatlandırma kampaniyaları, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər”.

Orxan Məmmədov hesab edir ki, həmçinin, qadın sosial sahibkarın sosial bizneslərin daha effektiv şəkildə idarə edilməsi üçün bir-birindən öyrənməsi, yeni bilik və bacarıqlar əldə etməsi zəruridir: “Qadın sahibkarların cəmiyyətdə rolunun vurğulanması məqsədilə qadın sosial sahibkarlar arasında şəbəkələşmə və ictimai təşviqat tədbirlərinin keçirilməsi əhəmiyyətlidir”.

Report

Related posts

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

Prezident: Son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox investisiya qoyulub

Hörmüz boğazında “nəzarət” oyunu: ABŞ geri çəkildi, İran strateji keçiddə təhlükəsizlik rıçaqlarını gücləndirir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı