Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb - BBN

KOBİA və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və SMIIC arasında imzalanan sənəddə ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu istiqamətlərdə mövcud imkanlara, keçirilən müxtəlif tədbirlərə dair məlumat mübadiləsi və dəstək məsələləri nəzərdə tutulur.

İstanbulda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt imzalayıblar. Anlaşma Memorandumunda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu istiqamətlərdə mövcud imkanlara, eləcə də keçirilən müxtəlif tədbirlərə, sərgi və yarmarkalara dair məlumat mübadiləsi və dəstək məsələləri nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SMIIC-in baş katibi İhsan Övüt müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələri və əməkdaşlıq imkanlarını müzakirə ediblər. KOBİA sədri görüş zamanı 2024-cü ildə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib və SMIIC-i forumun işində fəal iştiraka dəvət edib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı