KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında görüş keçirilib

KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında görüşdə Azərbaycan-Özbəkistan İşgüzar Şurası çərçivəsində görüşlərin təşkilinə, şuranın növbəti iclasında müxtəlif sahələrdə KOB-ların mal və xidmətlərindən istifadəni təşviq edən layihələrin müzakirə olunmasına dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov arasında görüş keçirilib. 

Görüşdə Azərbaycan-Özbəkistan İşgüzar Şurası çərçivəsində yaxın zamanlarda konkret fəaliyyət sahələri üzrə birgə görüşlərin təşkilinə, şuranın növbəti iclasında tekstil, kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrdə qarşılıqlı olaraq KOB-ların mal və xidmətlərindən istifadəni təşviq edən layihələrin müzakirəsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, görüşdə 2022-ci ildə KOBİA və palata arasında Daşkənd şəhərində imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı