KOBİA və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında görüş keçirilib

KOBİA və Qırğızıstanın Ticarət və Sənaye Palatasının görüşündə iş adamları arasında əlaqələrin inkişafı, KOB-lar arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən “İssık-Kul 2023” VII Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev ilə görüşüb.

Görüşdə hər iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, KOB-lar arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı