KOBİA və “Rahat” supermarketlər şəbəkəsi birgə sosial təşəbbüsə qoşulub

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüslərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rahat” supermarketlər şəbəkəsi də qoşulub.

#evdəqal kampaniyası çərçivəsində KOBİA və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşəbbüsü ilə Bakı şəhərində yaşayan 200 aztəminatlı ailəyə gündəlik istehlak mallarının təqdim edilməsinə başlanılıb.

Birdəfəlik ərzaq yardımları ailələrə KOBİA-nın əməkdaşları və “KOB könüllüləri” tərəfindən təqdim olunub. “KOB könüllüləri” həmçinin, vətəndaşları koronavirus infeksiyası ilə bağlı dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Sahibkarların mövcud şəraitdə aztəminatlı ailələrə və tənha ahıl insanlara göstərdiyi dəstək biznes nümayəndələrinin sosial məsuliyyətindən irəli gəlməklə yanaşı, həm də milli həmrəyliyə və xeyriyyəcilik ənənələrinə gözəl nümunədir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı