KOBİA və Türkiyənin Trabzon Ticarət və Sənaye Palatası arasında görüş keçirilib

Trabzon Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çələbinin rəhbərlik etdiyi türk iş adamlarından və Türkiyənin Ticarət Nazirliyinin nümayəndələrindən ibarət heyət ölkəmizə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu imkanları, işgüzar dairələrin əlaqələrinin genişləndirilməsi perspektivləri, eləcə də bu sahədə KOBİA və Palatanın birgə dəstək təşəbbüsləri müzakirə edilib. İş adamlarının sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlığa marağı nəzərə alınaraq bu istiqamətdə əlaqələrin qurulmasına dəstəyin göstərilməsinə, qarşılıqlı biznes missiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb. Həmçinin görüş çərçivəsində türk iş adamlarına KOBİA-nın fəaliyyəti, dəstək və xidmətləri, KOB evi konsepsiyası barədə məlumat verilib.

Related posts

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Qubada Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı