KOBİA və Ukraynanın Sahibkarlıq və İxracın Təşviqi Ofisi arasında müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ukraynanın Sahibkarlıq və İxracın Təşviqi Ofisinin direktoru vəzifəsini icra edən Andrii Remizovla görüşüb.

Görüşdə KOBİA sədri ölkəmizdə KOB-ların inkişafı, onlara göstərilən dövlət dəstəyi barədə məlumat verib, KOB-lara  xidmətlərin göstərilməsi sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinin Agentliyin diqqət mərkəzində olduğunu vurğulayıb. 

Görüşdə iki qurumun fəaliyyət istiqamətlərinə və sahibkarlara göstərdikləri dəstək və xidmətlərə, eləcə də KOB sahəsində mümkün əməkdaşlıq imkanlarına, birgə layihələrin icrasına və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı