KOBİA yeni bizneslərin yaradılmasına dəstəyini davam etdirir

Tibb xidmətlərini vahid platformada birləşdirən “Plast” MMC tərəfindən “plast.az” tibb xidmətləri portalı yaradılıb. Platformanın məqsədi onlayn şəkildə vətəndaşlara tibbi xidmətlər göstərməkdir. Bu məqsədlə özəl klinikalar tərəfindən göstərilən xidmətlər “plast.az” onlayn platformasında yerləşdiriləcək. Sayt xidmətlə yanaşı, həm də maarifləndirmə platformasıdır.

Portalın yaradılmasına dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, KOBİA tərəfindən “Plast” MMC-yə “Startap” şəhadətnaməsi verilib, onlayn platformanın yaradılmasına məsləhət, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, Sumqayıt şəhərində fəaliyyət göstərən özəl klinikalar ilə əlaqələndirmə, Agentliyin Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən isə təlim və s. dəstək və xidmətlər göstərilib.

Sumqayıt şəhərində fəaliyyət göstərən özəl klinikaların iştirakı ilə “Plast” layihəsinin təqdimatı keçirilib. Tədbirdə tibb xidmətlərinin onlayn platforma üzərindən təqdim olunması və bunun üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Related posts

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı