“Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

29 iyul 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib.

Görüş zamanı ÇPY/TMM üzrə son dövrlərdə aktual olan xüsusi indikatorların müzakirəsi aparılıb. Əlavə olaraq görüşdə xüsusi indikatorların tələblərindən irəli gələn məqamlara dair qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərarlar alınıb. Alınan qərarların tətbiq edilməsi ilə bağlı kiçik işçi qrupları çərçivəsində görüşlərin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib

ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması prioritet istiqamətdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı