Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Konfederasiya mövqe sənədlərinin hazırlanmasında iştirak edəcək - BBN

Konfederasiya mövqe sənədlərinin hazırlanmasında iştirak edəcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində “Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb.

Tədbirin ikinci günündə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və  həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər konkret təşəbbüslərlə iştirak ediblər.

Seminarda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı bildirib ki, peşə təhsilin və peşə hazırlığının inkişafı istiqamətində dövlət-özəl əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. O, COP-29-da özəl sektorun iştirakı, yaşıl iqtisadiyyata keçid ilə bağlı mövqe sənədinin hazırlanmasında Konfederasyanın fəal iştirak edəcəyini vurğulayıb.

Eyni zamanda gender bərabərliyinin, iqlim siyasətinin biznesə inteqrasiyasında effektivliyi artırmaq üçün sosial-dialoqun önəmini vurğulayıb.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı