Könüllü DOST proqramı regionlara çıxır

DOST Agentliyinin “Könüllü DOST” proqramının “Distant DOST” altproqramı çərçivəsində “Virtual Sosial Məktəb” mikrolayihəsinə start verilir. Layihə çərçivəsində “Sosial iş” istiqamətində könüllü təlimçilər tərəfindən region gənclərinə təlimlər keçiriləcək. Öz bilik və bacarıqlarına güvənənlər könüllü təlimçi qismində layihəyə qoşula bilər.

Sosial sahədə fəaliyyət göstərən, adıçəkilən istiqamətdə bilik və bacarıqlarını region gənclərinə ötürmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilər.

Mikrolayihənin məqsədi regionda yaşayan gənclərin sosial aktivliyini artırmaq, gənclərə sosial işin mahiyyətini izah etmək, həssas qrupdan olan şəxslərlə iş istiqamətində təlimlər keçməkdir. Layihə DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, təlimçilərin qeydiyyatı üçün son tarix 8 noyabrdır. Bundan sonra isə layihəyə iştirakçı qismində qoşulmaq istəyənlər üçün qeydiyyat aktivləşəcək və bu barədə əlavə məlumat veriləcək.

Qeydiyyat: https://forms.gle/UqDHBwQFHxRj2pSGA

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı