Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Konyalı Sənayeçi və İş Adamları Dərnəyinə üzv olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib - BBN

Konyalı Sənayeçi və İş Adamları Dərnəyinə üzv olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib. 

Azərbaycanda səfərdə olan Türkiyənin Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) Baş direktoru Kemal Çelikin rəhbərlik etdiyi iş adamlarından ibarət heyət ilə yerli sahibkarlar arasında “Bakı KOB evi”ndə görüş keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KONSİAD-ın Baş direktoru Kemal Çelik çıxış edərək iş adamları arasında əməkdaşlıq imkanlarına, mümkün birgə layihələrə, bu sahədə hər iki təşkilatın göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüblər. Görüşdə həmçinin, ölkəmizdə sahibkarlığa göstərilən dəstək tədbirləri, güzəştlər, o cümlədən KOBİA-nın xidmətləri, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub.

Sonra müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamları arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, KONSİAD 2008-ci ildə yaradılıb və sıralarında iqtisadiyyatın müxtəlif sektorları üzrə 2500-dən çox iş adamını birləşdirir.

Related posts

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

2 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı