Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib - BBN

Korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya proseslərinin effektiv idarə olunması və korrupsiya ilə mübarizə” mövzusunda təşkil olunan seminarda qeyri-hökumət təşkilatlarının nümayəndələri və Xidmətin bir qrup əməkdaşı iştirak edib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Aradşrımalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər. Tədbir iştirakçılarına vətəndaş cəmiyyəti instituları ilə qurulan əməkdaşlıq əlaqələrinin səmərəliliyi, miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə həyata keçirilən antikorrupsiya tədbirləri, korrupsiyanınyaratdığı təhlükələr, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə əsas anlayışlar, hüquqpozmaların subyektləri, korrupsiya riskləri və digər məsələlər haqqında geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Related posts

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

Azərbaycanla San-Marino arasında enerji əlaqələrinin inkişafı müzakirə edilib

Yusif Abdullayev: “Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı