Böyük Britaniyanın ən çox, 70 il hakimiyyətdə olan monarxının, Kraliça II Elizabeth-in sentyabrın 8-də axşam saatlarında vəfatı xəbərindən sonra dollar qarşısında zəifləyən funt sterlinq yenidən möhkəmlənib.
BBN.az Reuters-ə istinadən xəbər verir ki, funt sterlinq 0.6% bahalaşaraq 1.1578 dollara ticarət edilib.
Lakin Britaniya monarxının ölümü xəbərindən sonra isə 1.1488 dollara qədər enib. Avro isə Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı, sentyabrın 8-də 75 baza bəndi faiz artımı qərarından sonra 0.16% bahalaşaraq 86.04 funt sterlinqə çatıb.
San Fransiskoda konsaltinq şirkətin direktoru Amo Sahota isə deyib ki, kraliçanın vəfatının funt sterlinq üzərində ciddi bir təsiri yoxdur: “Kraliça Britaniya mədəniyyətinin ikonu idi. Bu Baş nazir ətrafında sorğu edilməlidir. Onsuz da Böyük Britaniya hazırda keçid dövrünü yaşayır, lakin bunun iqtisadiyyata heç bir təsiri olmayacaq”.
O, qeyd edib ki, yeni Baş nazir Liz Truss-ın rəhbərliyi altında həyata keçirilən yeni iqtisadi plan inflyasiyanı aşağı salsa, bu halda funt sterlinq dollar qarşısında möhkəmlənəcək. Ancaq hələ ki, funt sterlinqə investisiya etməyin tez olduğuna inanıram”.