Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib - BBN

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

Kraudfandinq platformalarının idarə olunması üçün dövlət rüsumu müəyyənləşdi

Prezident İlham Əliyev ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanunvericilik dəyişikliklərini təsdiqləyib.

BBN.az xəbər verir ki, yeni dəyişikliklər Mülki Məcəllə, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, eləcə də “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və digər qanunları əhatə edir.

Qanuna əsasən, kraudfandinq platformasını idarə etmək istəyən hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2 750 manat dövlət rüsumu ödəniləcək.

Yeni tənzimləməyə əsasən, kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət etdiyi subyektlər sırasına daxil ediləcək və fəaliyyətləri ilə bağlı müntəzəm hesabatları tənzimləyici quruma təqdim etməli olacaqlar.

Qanunvericilikdə kraudfandinq sahəsində pozuntulara görə inzibati məsuliyyət də müəyyənləşdirilib. Belə ki, məlumatların açıqlanmaması və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək, hesabatların vaxtında təqdim edilməməsi və ya təhrif olunmasına görə 2 000 manatdan 3 000 manatadək, müştəri vəsaitlərinin idarə edilməsi qaydalarının pozulmasına görə isə 6 000 manatdan 7 000 manatadək cərimə oluna biləcəklər.

Dəyişikliklərə əsasən, xaricə köçürülən vəsaitlərlə bağlı təsdiqedici sənədlərin qanunla müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya Mərkəzi Banka təqdim edilməməsinə, həmçinin xaricdən geri qaytarılmalı valyutanın ölkəyə köçürülməməsinə görə fiziki və hüquqi şəxslər üçün də maliyyə sanksiyaları tətbiq ediləcək. Fiziki şəxslər valyuta məbləğinin 5–10 faizi, hüquqi şəxslər isə 20–30 faizi həcmində cərimələnəcəklər.

Bununla yanaşı, kraudfandinq vasitəsilə qiymətli kağızların emissiyası və kütləvi təklifi “Kraudfandinq haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək. Platforma operatorları eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin subyektləri sırasına daxil ediləcəklər.

Qeyd edək ki, təsdiqlənən dəyişikliklər “Kraudfandinq haqqında” qanunla eyni tarixdə qüvvəyə minəcək.

Related posts

BOKT “EMBAFİNANS” QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

5 limitlə işləriniz dayanmasın

ABB süni intellekt infrastrukturu üçün yeni nəsil AI serverini istifadəyə verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı