Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Kredaqro” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

“Kredaqro” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” BOKT MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2005009165 ISIN-li və ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2004009166 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

12 oktyabr 2023-cü il tarixində “Kredaqro” BOKT MMC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri Ticarətə buraxlma tarixi İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2005009165 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 5,000

(ədəd)

100 manat 12.10.2023 14% 24 ay dövri olaraq rübdə (90 gün) bir dəfə
AZ2004009166 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 5,000

(ədəd)

100 manat 12.10.2023 14% 24 ay dövri olaraq rübdə (90 gün) bir dəfə

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

“S&P Global Ratings”: Risk-əsaslı nəzarət kredit risklərini azaldacaq

Expressbank – YENİ ÜNVANDA

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları artıb – IV rübdə 3 386 fakt qeydə alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı