Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kredit dələduzlarına qarşı yeni sistem hazırlanır - BBN

Kredit dələduzlarına qarşı yeni sistem hazırlanır

AKB sahibkarlar və kredit təşkilatları üçün iki yeni məhsul hazırlayır.

BBN.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) sahibkarlar və kredit təşkilatları üçün iki yeni məhsul üzərində işləyir. Yeni məhsullardan biri mikro sahibkarlar üçün nəzərdə tutulan “FinScore”, digəri isə kredit dələduzluğuna qarşı mübarizə məqsədilə hazırlanmış “FraudScore” olacaq.

AKB nümayəndələrinin açıqlamasına görə, bu xidmətlər banklarda problemli kreditlərin həcminin artmasının qarşısını almağa kömək edəcək. Xüsusilə “FraudScore” dələduzluğa qarşı proaktiv nəzarət mexanizmi kimi çıxış edəcək. Məsələn, kredit götürən şəxsin əsl niyyəti pulu geri ödəməməkdirsə, yeni skorinq sistemi bu riski əvvəlcədən müəyyən etməyə imkan verəcək.

Məsələ ilə bağlı açıqlama verən AKB nümayəndəsi K. Mirzəyev bildirib ki, belə halların müəyyənləşdirilməsi üçün ciddi təhlillər aparılıb:
“Dələduzluq edən şəxslər çox vaxt əvvəlcə kiçik məbləğlərdə kreditlər götürüb vaxtında ödəyirlər. Sonra isə məbləği artıraraq daha böyük kreditlər alırlar və nəticədə pulu geri qaytarmırlar. Bu cür şəxslərin kredit tarixçələri yüksək olduğu üçün banklar onlara böyük məbləğ ayırmağa razılaşır. Yeni sistem isə məhz bu cür davranışları aşkarlamaq üçün nəzərdə tutulub”.

“FraudScore” kredit müraciəti zamanı dərhal tətbiq olunaraq, borcalanın ödəmə niyyətinin aşağı olması ehtimalını ölçəcək. Bu göstərici bankların qərarvermə prosesində əhəmiyyətli rol oynayacaq. Bununla belə, dələduzluğa meylli olduğu müəyyən edilən şəxslərə kredit verilməsindən tamamilə imtina edilməyəcək. Yalnız belə hallarda əlavə təminatlar — zamin, girov əmlak və digər mexanizmlər tələb olunacaq ki, bu da risklərin minimuma endirilməsinə xidmət edəcək.

AKB-nin hazırda istifadə etdiyi “FinScore” məhsulu isə borcalanların maliyyə davranışlarına əsaslanaraq onlara reytinq formalaşdırır. Bu reytinq istehlak, ipoteka və biznes kreditlərinin verilməsində, eləcə də digər maliyyə xidmətlərində geniş istifadə olunur. Hal-hazırda 136 təşkilat — banklar, BOKT-lar, lombardlar, lizinq şirkətləri və müxtəlif mağazalar bu xidmətdən yararlanır. Təkcə ötən il “FinScore” vasitəsilə 650 min sorğu göndərilib. 2025-ci ilin birinci rübündə 435 min, ikinci rübdə isə 800 mindən çox sorğu verilib. AKB ilin sonuna qədər bu göstəricinin 1,5 milyona çatacağını proqnozlaşdırır.

K. Mirzəyev əlavə edib ki, yaxın gələcəkdə sığorta və investisiya şirkətlərinin də sistemə inteqrasiyası planlaşdırılır. Bununla yanaşı, kiçik, orta və iri biznes sektoru üzrə skorinq xidmətlərinin də tətbiqi nəzərdə tutulur. Hazırda bunun üçün Dövlət Vergi Xidməti və digər dövlət qurumlarından əlavə məlumatların toplanması prosesi davam edir.

Related posts

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı