08 aprel 2020-ci tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi” Ekspert Qrupunun ilk onlayn görüşü keçirilib. Görüşdə “Kredit işi” Ekspert Qrupunun sədri Elşən Pirmalıyev və bankların rəhbər şəxslərindən ibarət Qrupun üzvləri iştirak edib.
İclasda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara ediləcək restruktrizasiyalar və güzəştlər haqqında müzakirələr aparılmış, bu istiqamətdə dövlət səviyyəsində qəbul edilmiş tədbirlərin işlənmə mexanizmi ilə əlaqədar müvafiq təkliflər səsləndirilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.