Kredit kartı ilə kriptovalyuta almaq daha asandır: Amma birinci növbədə bunları bilməlisiniz

Müştərilərin özlərinin debit və kredit kartları ilə kriptovalyuta alması asan görünür. Sonuncu press relizə görə, Sinqapurun Crypto.com kriptovalyuta dəyişmə platforması 50 milyondan çox istifadəçiyə özlərinin tətbiqləri vasitəsilə Google Pay-ə bağlı olan debit və kredit kartından istifadə etməklə ala bilərlər. Android istifadəçiləri smartfon, tablet, virtual cüzdanlardan istifadə etməklə 250-dən çox kriptovalyuta ala biləcəklər. Ancaq hər bir halda olduğu kimi kripto ilə bağlı da risklər var. Burada nəyi bilməli olduğunuzdan bəhs edəcəyik. 

Google Pay üzərindən kripto almamışdan öncə bilməli olduqlarınız

Crypto.com alışları üçün ilk növbədə Android istifadəçiləri əmin olmalıdırlar ki, onların debit və kredit kartları Google Pay hesabı ilə bağlıdır. İstifadəçilərin kripto balansları müvafiq olaraq yenilənəcək, onlar tətbiqin içərisində özlərinin əməliyyat tarixçələrini nəzərdən keçirə biləcəklər.

Crypto.com-un bu hərəkəti artan trendən xəbər verir. San-Fransiskonun kriptovalyuta dəyişmə şirkəti Coinbase 98 milyon təsdiqlənmiş istifadəçilərinə Apple Pay və Google Pay-dən istifadə etməklə kriptovalyuta almağa icazə verir. Synctera-nın həmtəsisçisi Kris Hansen deyir ki, “belə hesablar üzərindən kriptovalyutanın alınması insanların bu dijital pulları maliyyə həyatlarına adaptasiyasını asanlaşdırır”. 

İnvestorlar ehtiyatlı olmalıdırlar

Hansen xəbərdarlıq edir ki, borc alınmış pullar-kredit kartı ilə müştərilərin kriptovalyuta almasını asanlaşdırmaq risk faktoru daşıya və onları maliyyə problemlərinə sürükləyə bilər. Ekspertlər, əsasən xəbərdarlıq edirlər ki, kredit kartınızdan hər ay rahatlıqla ödəyə biləcəyinizdən daha çoxunu ödəmək problemlər yarada bilər. İnvestorlar itirməyə hazır olduğunuz qədər kriptovalyutaya investisiya etməyi məsləhət görürlər. Asanlığa baxmayaraq kriptovalyuta anlıq alınmaq üçün deyil. Hansen deyir ki, araşdırma aparmaq lazımdır. 

Mənbə: CNBC.com

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı