Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kripto pul kisəsi Telegram-a gəlir - BBN

Kripto pul kisəsi Telegram-a gəlir

Dünyaca məşhur sosial mesajlaşma proqramı Telegram, The Open Network (TON) rəsmi Web3 infrastrukturuna daxil edəcəyini və “TON Space” adlı kriptovalyuta cüzdanını tətbiqə inteqrasiya edəcəyini açıqladı.

BBN.az bildirir ki, populyar söhbət proqramı Telegram və TON Foundation birlikdə kripto konfransında TON Space adlı yeni şəxsi saxlama cüzdanını elan etdilər. İnteqrasiya istifadəçilərə kripto pulları çox tez köçürməyə imkan verəcək.

Ton Space noyabr ayından etibarən ABŞ istisna olmaqla, bütün dünya üçün əlçatan olacaq. İstifadəçilər kriptovalyuta pul kisəsinə Telegram tətbiqinin parametrlər paneli vasitəsilə daxil ola biləcəklər.

800 milyondan çox aktiv istifadəçisi olan Telegram bu qərarla canlı kriptovalyuta cəmiyyətində varlığını gücləndirməyi hədəfləyir.

Related posts

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

Spotify-in istifadəçi sayı rekord həddə çatdı

Süni intellektlə video istehsal edən startapın dəyəri 5,3 milyard dollara çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı