Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərsu” ASC-nin abonentlərinin sayı 4%-dən çox artıb - BBN

“Azərsu” ASC-nin abonentlərinin sayı 4%-dən çox artıb

Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC abonentlərinin sayı 4,5%, 2023-cü ilin əvvəlindən isə 3,4% artıb.

BBN.az “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə bu ilin sentyabrın 1-nə ölkə üzrə 1 milyon 808 min 538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 736 min 490 və ya 96%-i əhali, 72 min 048 və ya 4%-i isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Bu iıin sentyabrın 1-nə abonentlərin 89,3%-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1%, qeyri əhali qrupu üzrə isə 95,5% təşkil edir.

Related posts

Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

Qlobal istiqraz gəlirliliyinin artması və geosiyasi gərginlik qızıl qiymətlərini 1,5 ayın ən aşağı səviyyəsinə saldı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı