Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kriptovalyuta sahiblərinə qarşı hücumlar artır - BBN

Kriptovalyuta sahiblərinə qarşı hücumlar artır

Dünyanın bir sıra ölkələrində kriptovalyutaya sahib şəxslərə qarşı silahlı hücumlar və oğurluq hallarının sayı artmaqdadır. Sonuncu belə hadisə Fransada baş verib. Belə ki, Paymium kriptovalyuta birjasının rəhbərinin həyat yoldaşı və azyaşlı övladı maskalı şəxslər tərəfindən silahla hədələnərək oğurlanmağa cəhd edilib. Hücum, qadının həyat yoldaşı və qonşularının müdaxiləsi ilə dəf olunub.

BBN.az xəbər verir ki, media orqanlarının yaydığı məlumata görə, bu tip cinayətlər getdikcə daha təşkilatlanmış formada həyata keçirilir. Cinayətkarlar şifrəli mesajlaşma tətbiqlərindən istifadə edir və əvvəldən hazırlanmış planlarla hərəkət edirlər.

Hədəf alınan şəxslər arasında ABŞ, Fransa və Avstraliyadan olan bloqçular və investorlar da var. Bəzi qurbanlar döyülüb, hətta işgəncəyə məruz qalıb. Ən sarsıdıcı hallardan biri isə “Ledger” şirkətinin keçmiş rəhbəri David Ballanın başına gəlib — onun barmağı 10 milyon avro fidyə tələb edən şəxslər tərəfindən kəsilib.

Mütəxəssislər bildirirlər ki, bu tip hücumların artması rəqəmsal valyutaların qiymətindəki yüksəliş və kripto şirkətlərindən şəxsi məlumatların sızdırılması ilə birbaşa bağlıdır.

Related posts

İran–ABŞ gərginliyi fonunda kriptovalyuta bazarında eniş qeydə alınıb

Bitkoin 70 min dollara yaxınlaşıb

Bitkoin yenidən bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı