Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kristin Laqard: Dünya iqtisadiyyatı yeni risklərlə üz-üzədir - BBN

Kristin Laqard: Dünya iqtisadiyyatı yeni risklərlə üz-üzədir

Qlobal iqtisadi göstəricilərlə bağlı bəzi proqnozlar gözləniləndən daha nikbin olsa da, dünya iqtisadiyyatı yeni risklərlə qarşı-qarşıyadır.

BBN.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Çinin “CGTN” televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı üçün əsas təhlükələrdən biri geosiyasi parçalanma və insanların iqtisadiyyata inamının zəifləməsidir.

“Mən deyərdim ki, bir nömrəli təhlükə geosiyasi parçalanma və insanların iqtisadiyyata inamının sarsılmasıdır. İkinci problem isə xüsusilə süni intellektin təsiri ilə rəqəmsallaşmanın iqtisadiyyatlarımızı demək olar ki, bütün sektorlarda sürətlə dəyişdirməsidir”, – deyə Laqard vurğulayıb.

AMB rəhbəri əlavə edib ki, iqlim dəyişikliyi hələ də qlobal iqtisadiyyat üçün ciddi risk olaraq qalır: “Unutmamalıyıq ki, iqlim dəyişikliyi təhlükəsi son dövrlər bir qədər ikinci plana keçsə də, davam edir və iqtisadi sistemlərə təsir göstərir”.

Kristin Laqard həmçinin təhlükəsizlik məsələlərinin – istər hərbi, istərsə də kibertəhlükəsizlik sahəsində – getdikcə daha çox ön plana çıxdığını qeyd edib.

Related posts

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı