Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Laçın Hava Limanına beynəlxalq status verilib - BBN

Laçın Hava Limanına beynəlxalq status verilib

Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq statusun verilməsi barədə sərəncam imzalayıb.

BBN.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq, Laçın rayonunda tikintisi başa çatdırılmış və beynəlxalq uçuşların yerinə yetirilməsi üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilməsi qərara alınıb.

Sənədə əsasən, Xarici İşlər Nazirliyi bu barədə müvafiq beynəlxalq təşkilatlara rəsmi məlumat göndərməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Related posts

Unibank Şirvanda yeni filialını açıb

Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı