Biznes dünyasının mühüm platformalarından biri olan LinkedIn, bu gün verdiyi rəsmi açıqlama ilə 668 işçisi ilə yollarını ayırdığını elan edib. Şirkətin məqsədi işçi qüvvəsinə daha çox süni intellekt istedadını cəlb etməkdir.
BBN.az xəbər verir ki, eyni zamanda LinkedIn keçən həftə şirkət daxilində süni intellektlə işləyən bir sıra yeni tətbiqlər təqdim edəcəyini elan edib.
Bildirilib ki, bu ixtisarlar Ar-Ge və maliyyə departamentlərinə təsir edəcək. Şirkət həmçinin Çindəki tətbiqini mərhələli şəkildə ləğv edəcəyini açıqlayıb. Təkcə bu il LinkedIn-də işdən çıxarılanların ümumi sayı 1.384 nəfər təşkil edib.
“Gələcəyimiz üçün strateji prioritetlərə sərmayə qoymağa və üzv və müştərilərimizə dəyər verməyə davam edirik. Bu keçid prosesində qərarın təsir etdiyi bütün əməkdaşlarımıza tam dəstək verməyə və onlara qayğı və hörmətlə yanaşılmasını təmin etməyə qərarlıyıq”, – deyə şirkətin bəyanatında deyilib.